Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub regional mərkəzləri tərəfindən Zəfər Günü, Bayraq Günü və Konstitusiya Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyi diqqətə çatdırılıb.
Eyni zamanda, qazanılmış Qələbə nəticəsində uzun illər öz yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıdışı ilə onların konstitusion hüquqlarının təmin olunduğu, üçrəngli Bayrağımızın doğma Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalandığı qeyd edilib.