Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

19-11-2025 453 dəfə oxunub
Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində və Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayev adına şəhər 2 nömrəli  tam orta məktəbdə hüquqi-maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək, ölkəmizdə uşaqların hüquq və azadlıqlarının təmini istiqamətində görülən tədbirlər, Azərbaycan Ombudsmanının bu sahədə həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verilib.

Həmçinin iştirakçılar uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar və müvafiq beynəlxalq sənədlər barədə məlumatlandırılıb, mövzu üzrə onları maraqlandıran suallar cavablandırılıb.