Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq hüquqlarının müdafiəsi mövzusuna həsr edilmiş maarifləndirmə tədbirləri keçirilib

24-11-2025 512 dəfə oxunub
Uşaq hüquqlarının müdafiəsi mövzusuna həsr edilmiş maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Uşaq hüquqları və müdafiə mexanizmləri” mövzusunda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıqda “Uşaqların müdafiəsi və təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri barədə məlumat verilib. Eyni zamanda, uşaqların zorakılıq və istismardan müdafiəsi, uşaq hüquqlarının səmərəli təmininə dair məsələlərlə bağlı Müvəkkil tərəfindən görülən işlər və irəli sürülən təkliflər diqqətə çatdırılıb.

Tədbirlərdə mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici vəsaitlər təqdim olunub.