Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

24-11-2025 620 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub və Qərb regional mərkəzləri tərəfindən Lənkəranda “Uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması” və Gəncədə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzularında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə uşaq hüquqlarının müdafiəsi, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan normativ-hüquqi aktların müddəaları, müvafiq sahələrdə ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

İştirakçılar, eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın Ombudsmanının həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıb.

Tədbirlərdə, həmçinin mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.