Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü əsasında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb

03-12-2025 134 dəfə oxunub
Ombudsmanın təşəbbüsü əsasında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı “Hər kəsin bərabər hüquqlara malik olduğu inklüziv cəmiyyət üçün!” şüarı ilə videoçarx hazırlanıb.

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş videoçarx inklüziv cəmiyyəti təbliğ etmək, əlilliyi olan şəxslərin hüquqlarının tam və bərabər həyata keçirilməsinin, onlar üçün mövcud olan əsas maneələrin aradan qaldırılmasının əhəmiyyətini vurğulamaq, habelə Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası üzrə həyata keçirdiyi müstəqil monitorinq mexanizmi səlahiyyətləri ilə bağlı məlumatlılığı artırmaq məqsədilə hazırlanıb.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

 

https://bit.ly/3XwrtfW