Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib

03-12-2025 181 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 3 Dekabr - Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib, Müvəkkilin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Tədbir zamanı, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdən bəhs edilib, mövzu üzrə iştirakçıların sualları cavablandırılıb.