Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırıb

05-12-2025 317 dəfə oxunub
Ombudsman sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən uşaqların sağlam insan qanına ehtiyacını nəzərə alaraq dəfələrlə ictimaiyyətin diqqətini bu məsələyə yönəldib və müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirilib.

Növbəti qanvermə aksiyası Respublika Qan Bankının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində dekabrın 5-də Ombudsman Aparatında təşkil olunub.

Ombudsman Səbinə Əliyeva bu cür aksiyaların təşkilinin yüzlərlə xəstəyə həyat bəxş edilməsinə səbəb olacağını, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini bildirib, sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırıb.