Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaqlar arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirilib

08-12-2025 414 dəfə oxunub
“Uşaqlar arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Qaraçay qəsəbəsində “Uşaqlar arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional İdarəsinin, Rayon İcra Hakimiyyətinin, Regional Gənclər və İdman İdarəsinin nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev uşaq hüquqlarının təmini istiqamətində Müvəkkilin fəaliyyəti və irəli sürülən təkliflər barədə məlumat verib.

Eləcə də tədbirdə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri diqqətə çatdırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.