Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib

11-12-2025 608 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Beynəlxalq İnsan Hüquqları Gününün mahiyyəti, insan hüquqları sahəsində mövcud olan universal normalar haqqında ətraflı məlumat verilib, 1948-ci il 10 dekabr tarixində BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycanın milli qanunvericiliyi məhz bu mühüm sənəddə nəzərdə tutulan prinsiplər əsasında formalaşdırılıb, Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 48 maddədən ibarət III fəslinin bütün mətni insan hüquqlarına hörmət ruhunda yazılıb.

Tədbirlərdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.