Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə başçəkmə həyata keçirilib

14-01-2026 314 dəfə oxunub
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun müddəaları əsasında keçirilmiş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib. Eyni zamanda, MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib.

Müəssisə rəhbərliyi və əməkdaşlara qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanma şəraiti və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilməklə hüquqi-maarifləndirici söhbətlər aparılıb, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı və səlahiyyətləri barədə ətraflı məlumat təqdim edilməklə, 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi haqqında informasiya əks olunmuş lövhə, bukletlər və digər nəşrlər də təqdim olunub.