Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Göygöl rayonunda “11 Fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” münasibətilə tədbir keçirilib

11-02-2026 270 dəfə oxunub
Göygöl rayonunda “11 Fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” münasibətilə tədbir keçirilib

Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində müəllim və şagirdlərin, Göygöl rayonu üzrə Təhsil sektorunun əməkdaşlarının iştirakı ilə 11 Fevral - Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Müvəkkilin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, qadınların ictimai həyatda və elmi fəaliyyətlərdə fəallığının və elmə təşviq edilmələrinin zəruriliyini diqqətə çatdırıb.

Eyni zamanda, erkən nikahların mənfi sosial, ictimai və hüquqi nəticələrindən bəhs edilib, Müvəkkilin xüsusilə regionlarda bu məsələləri daim diqqət mərkəzində saxladığı bildirilib, Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.