Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Slovakiya Ombudsmanı ADA Universitetində tələbələrlə görüş keçirib

09-04-2026 250 dəfə oxunub
Slovakiya Ombudsmanı ADA Universitetində tələbələrlə görüş keçirib

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski ADA Universitetində tələbələrlə görüş keçirib.

Görüş zamanı R.Dobrovodski insan hüquq və azadlıqlarının müdafiəsi, Avropa təcrübəsi və beynəlxalq mexanizmlər barədə geniş təqdimatla çıxış edib.

Slovakiya Ombudsmanı, həmçinin mövzu üzrə tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.