Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Şəffaflıq və İnformasiya Hüququ üzrə Avropa Şəbəkəsinin Assambleyasının I onlayn toplantısında iştirak edib

17-04-2026 38 dəfə oxunub
Ombudsman Şəffaflıq və İnformasiya Hüququ üzrə Avropa Şəbəkəsinin Assambleyasının I onlayn toplantısında iştirak edib

Aprelin 17-də İnformasiya Komissarlarının Beynəlxalq Konfransı (ICIC) çərçivəsində Şəffaflıq və İnformasiya Hüququ üzrə Avropa Şəbəkəsinin (ENTRI) Assambleyasının I onlayn toplantısı keçirilib.

İnformasiya əldə etmək hüququ ilə bağlı müraciətlərin araşdırılması prosesində süni intellektin tətbiqi, proaktiv şəffaflıq, məxfilik və fərdi məlumatların qorunması istiqamətləri üzrə işçi qruplarının yaradılması və fəaliyyətinin müzakirə olunması məqsədilə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ENTRI-nin regional əməkdaşlığın gücləndirilməsində və müvafiq sahələrdə koordinasiyalı yanaşmanın təşviq edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Müvəkkil ENTRI-nin regionda məlumat mübadiləsi, şəffaflığın, hesabatlılığın və yaxşı idarəetmənin təşviqi üçün təsirli bir platformaya çevriləcəyinə əminliyini ifadə edib.

S.Əliyeva Azərbaycanın Ombudsman təsisatının müsbət təcrübələri bölüşməklə və konstruktiv dialoq aparmaqla hər üç işçi qrupunun işinə fəal şəkildə töhfə verməyə hazır olduğunu bildirib.

Tədbirdə, həmçinin işçi qruplarının gələcək fəaliyyət istiqamətləri ətrafında ətraflı müzakirə aparılıb və çıxışlar dinlənilib.