Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzləri tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Ümummilli Liderin rəhbərliyi altında ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlardan bəhs olunub.