Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində Goranboyda hüquqi-maarifləndirici tədbir keçirilib

20-05-2026 658 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində Goranboyda hüquqi-maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin və Goranboy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, rayon hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman qurumlarının nümayəndələrinin geniş iştirakı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək, ölkə Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyini bildirib.

Eyni zamanda, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, “916” Çağrı Mərkəzi, Müvəkkilə müraciət qaydaları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.