Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi seminar keçirilib

26-05-2026 61 dəfə oxunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi seminar keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı "Tədbirlər Planı”nın icrası ilə əlaqədar Ombudsmanın Cənub Regional Mərkəzi və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşəbbüsü ilə “Heydər Əliyev və müstəqil Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” adlı elmi seminar keçirilib.

Tədbiri Mərkəzinin rəhbəri Ziya İsmayılov “Şəhərsalma və Memarlıq İli” insan hüquqları kontekstində və bu sahədə milli və beynəlxalq hüquqi mexanizmlər” mövzusunda çıxış edərək, dövlətimiz tərəfindən maddi-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.

Eyni zamanda, Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə elan edilən “İnsan Hüquqları Aylığı” barədə məlumat verilib, Aylıq çərçivəsində paytaxt və regionlarda silsilə hüquqi maarifləndirici tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.