Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Avropa Şurasının “Azərbaycanda media peşəkarlığı və informasiya azadlığının təşviqi” layihəsinin Rəhbər Komitəsinin iclasında iştirak ediblər

12-07-2023 346 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Avropa Şurasının “Azərbaycanda media peşəkarlığı və informasiya azadlığının təşviqi” layihəsinin Rəhbər Komitəsinin iclasında iştirak ediblər

Avropa Şurasının ölkəmizdə həyata keçirdiyi “Azərbaycanda media peşəkarlığı və informasiya azadlığının təşviqi” layihəsinin Rəhbər Komitəsinin iclası keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərliyinin, Azərbaycan universitetlərinin nümayəndələrinin və ekspertlərin iştirak etdiyi iclasın məqsədi ötən müddət ərzində layihə çərçivəsində əldə olunan nəticələrin, eləcə də fəaliyyət planı üzrə gələcəkdə görüləcək işlərin müzakirəsi olub.

İclasda çıxışı zamanı Aparatın İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin sektor müdiri Aynur Həmidova Müvəkkilin informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti barədə məlumat verib. Ombudsmanın mandatı çərçivəsində informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyi qeyd olunub.

Həmçinin cari ildə Ombudsman təsisatının bu sahədə böyük nüfuza sahib olan İnformasiya Komissarlarının Beynəlxalq Konfransına tamhüquqlu üzv seçildiyi diqqətə çatdırılıb.