Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Polis Akademiyasında keçirilən tədbirdə iştirak edib

16-06-2026 241 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Polis Akademiyasında keçirilən tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Müasir dövrdə insan hüquqları: qlobal çağırışlar və yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.

Müxtəlif dövlət qurumlarının nümayəndələrinin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorçiyev iştirak edib.

Dəyirmi masada “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ayrı-seçkiliyin yolverilməzliyi və bu sahədə Ombudsmanın fəaliyyəti” adlı məruzə ilə çıxış edən C.Qorçiyev Ombudsmanın bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi mandatı ilə bağlı ətraflı məlumat verib, bu fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər barədə nümunələri iştirakçıların diqqətinə çatdırıb.