Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində Abşeron rayonunda informasiya əldə etmək hüququnun müdafiəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

16-06-2026 253 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində Abşeron rayonunda informasiya əldə etmək hüququnun müdafiəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkədə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Abşeron rayonunda informasiya əldə etmək hüququnun müdafiəsinə dair maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının məsul əməkdaşları çıxış edərək “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları, informasiya sahiblərinin vəzifələri, informasiya sorğularına baxılması qaydaları, cavablandırılma müddətləri və qanunvericiliyin praktik tətbiqi ilə bağlı məlumat veriblər.

Eyni zamanda, Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, daxil olmuş müraciətlər üzrə aparılan araşdırmalar və maarifləndirmə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, maarifləndirici çap materialları və metodiki vəsaitlər təqdim olunub.

Sonda iştirakçıları maraqlandıran suallar Ombudsman Aparatının əməkdaşları tərəfindən cavablandırılıb.