Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbirlər davam etdirilir

17-06-2026 466 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir”, “Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində fəaliyyəti” və “İnsan hüquqları və bərabər imkanlar: inklüziv cəmiyyətə doğru” mövzularında hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə ölkə Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyi, Ombudsman tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may–18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edildiyi bildirib, Aylıq çərçivəsində silsilə maarifləndirici tədbirlərin keçirildiyi qeyd olunub.

Həmçinin Ombudsmanın fəaliyyət istiqamətləri, “916” Çağrı Mərkəzinin fəaliyyəti, Müvəkkilə müraciət qaydaları da ətraflı diqqətə çatdırılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.