Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkəmizdə qaçqın statusu almış şəxslərin uşaqları üçün tədbir keçirilib

20-06-2026 133 dəfə oxunub
Ölkəmizdə qaçqın statusu almış şəxslərin uşaqları üçün tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir çərçivəsində 20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə qaçqın ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil edilib.

Ekskursiya zamanı uşaqlar və onların valideynləri Bakı Zooloji Parkında yaradılmış şəraitlə yaxından tanış olub, təbiətin qorunması, biomüxtəlifliyin əhəmiyyəti və heyvanlar aləmi haqqında məlumat əldə ediblər.

Daha sonra nahar və xüsusi əyləncəli proqram təşkil edilib, uşaqlara hədiyyələr təqdim olunub.