Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib

01-07-2026 73 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi və Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov “Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan mütərəqqi islahatlar” mövzusunda çıxış edib.

İştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan normativ-hüquqi aktların müddəaları, müvafiq sahələrdə ölkəmizdə həyata keçirilən islahatlar, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın Ombudsmanının həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.