Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın MPM fəaliyyəti çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində araşdırılıb

27-07-2026 54 dəfə oxunub
Ombudsmanın MPM fəaliyyəti çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində araşdırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı barəsində müraciət edilən əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb, daha sonra Miqrasiya Nəzarəti Baş İdarəsində olan həmin şəxslə konfidensial görüş keçirilib. Görüş zamanı həmin şəxsin müraciəti dinlənilib, qaldırdığı  məsələlər araşdırılıb, ona hüquq və vəzifələri izah olunub. 

Başçəkmə çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində təmin olunub və o, müraciətinə göstərilən operativ reaksiyaya görə təşəkkürünü bildirib. 

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkə ərazisində olan hər bir şəxsin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş mandatı çərçivəsində fəaliyyət göstərir.