Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib

04-08-2026 94 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarına medal və vəsiqələrin təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bildirib ki, dövlət başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, peşəkar fəaliyyətinin stimullaşdırılması və maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər dövlət qulluğu institutunun inkişafına və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Müvəkkil qeyd edib ki, dövlət qulluqçularının yüksək dövlət təltifləri ilə mükafatlandırılması onların peşəkarlığına, vicdanlı və məsuliyyətli fəaliyyətinə, dövlətə sədaqətlə xidmətinə verilən yüksək qiymətin, eləcə də göstərilən etimadın bariz ifadəsidir.

Ombudsman Səbinə Əliyeva dövlət qulluqçularına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonda Ombudsman təltif olunmuş əməkdaşlara medal və vəsiqələri təqdim edib, onları bu əlamətdar hadisə münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.