Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi "Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısının işinin təşkili" adlı yekun konfransda iştirak edib

25-09-2026 74 dəfə oxunub
Ombudsmanın nümayəndəsi "Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısının işinin təşkili" adlı yekun konfransda iştirak edib

23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçirildi.
Konfransın açılışında Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanın laxtalanma pozuntularının beynəlxalq təcrübəyə əsaslanan evdə müalicəsinin tətbiqi və faydası" mövzusunda çıxış etdi.
Konfransın rəsmi hissəsində dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həkim və ekspertlər  çıxış etdi.
Azərbaycan Respublikasının Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxış edərək Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında “ BMT konvensiyalarının həyata keçirilməsi, həmçinin bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində monitorinq mexanizmi mandatı çərçivəsində fəaliyyəti haqqında ətrafll məlumat verdi.
Konfransın sonunda aidiyyəti dövlət qurumlarına təqdim ediləcək Təkliflər Paketi səsləndirildi.