Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib.
MPQ üzvləri tərəfindən müəssisənin yaşayış sahələrinə, o cümlədən cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxanasına və ərzaq anbarına baxış keçirilib. Həmin sahələrdə saxlanma şəraiti, sanitariya vəziyyəti və məhkumların hüquqlatının təmini məsələləri yerində araşdırılıb.
Başçəkmə çərçivəsində təsadüfü seçim əsasında məhkumlarla konfidensial qaydada görüş keçirilib, onların müraciətləri dinlənilib. Qəbul zamanı Ombudsmana ünvanlanan ərizə və müraciətlər qəbul edilib.
Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.