Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Məmmədov Altun Nüsrət oğlunun ailəsini ziyarət ediblər.
Görüşdə qeyd edilib ki, şəhidlərin ailə üvlərinin və müharibə veteranlarının hüquqlarının təmin olunmasına Azərbaycan Ombudsmanı Səbinə Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir.
Görüş zamanı həmçinin Müvəkkilə ünvanlanmış müraciət qəbul olunub.