Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Kəşmir Həmrəylik Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə çıxış edib

04-02-2023 221 dəfə oxunub
Ombudsman Kəşmir Həmrəylik Günü münasibətilə Pakistanın  Azərbaycandakı səfirliyində keçirilən tədbirdə çıxış edib

3 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən  Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən beynəlxalq konfransda iştirak edib.

Konfransda çıxış edən Ombudsman Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu, əsrlər boyu hər zaman Azərbaycanın ədalətli mövqeyini həm siyasi, həm də mənəvi cəhətdən dəstəklədiyini, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. 

O, iki qardaş ölkə arasında bu gün də müxtəlif sahələrdə münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini bildirib. 

Ombudsman Pakistanla Azərbaycan arasında digər sahələrlə yanaşı, insan hüquqlarını müdafiəsi sahəsində də iki ölkənin Ombudsman təsisatları arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı və hüquq və azadlıqlarının səmərəli müdafiəsinini təmini məqsədilə Anlaşma Memorandumu imzalandığını qeyd edib.

S. Əliyeva Ombudsman olaraq fəaliyətə bağladığı dövrdən indiyədək müxtəlif vaxtlarda Pakistanın yüksək səviyyəli rəsmiləri ilə birgə 
keçirdiyi görüşlərin əməkdaşlığımızın daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verdiyini bildirib.

O, ən vacib məsələnin son illər dünyada baş verən terror aktları, vətəndaş müharibələri, sülh və insanlıq əleyhinə yönələn cinayətlər, ərazi və etnik münaqişələrin artdığı bir dönəmdə pozulmuş hüquqların bərpa edilməsi və əsas insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bütün hərəkətlərin qarşısının alınması olduğunu bir daha vurğulayıb. 

Yarım əsrdən artıq bir dövrü əhatə edən Cəmmu və Kəşmir bölgəsindəki vəziyyətin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə rəğmən həll olunmaması minlərlə insanın davam bu münaqişədən əziyyət çəkməsinə səbəb olub. 

Sonda, Ombudsman sözügedən münaqişənin ən qısa zamanda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll ediləcəyinə inamımı ifadə edib.