Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən hüquqi-maarifləndirici tədbirlər keçirilib

25-11-2022 304 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən hüquqi-maarifləndirici   tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən ölkəmizdə elan edilmiş “Uşaq hüquqları Aylığı” çərçivəsində  Ombudsmanın Qərb Regional Mərkəzinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Uşaq Hüquqlarının qorunması” mövzusunda  və   Gəncə şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhəri 3 saylı Körpələr Evi Uşaq Bağçasında “20 noyabr Ümumdünya Uşaq Hüququları Günü”-nə həsr edilmiş hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ombudsmanın uşaq hüquqlarının müdafiəsi və təşviqinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu istiqamətdə təsisat tərəfindən görülən  işlər barəsində danışmışdır.