Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional Mərkəzləri “Konstitusiya Günü”nə həsr edilmiş hüquqi-maarifləndirici tədbirlər keçirib

15-11-2022 293 dəfə oxunub
Ombudsmanın Regional Mərkəzləri “Konstitusiya Günü”nə həsr edilmiş hüquqi-maarifləndirici tədbirlər keçirib

Uşaq Hüquqları Aylığı çərçivəsində AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb, Şimal-Qərb, Şimal və Cənub Regional Mərkəzləri tərəfindən 12 Noyabr- Konstitusiya Günü münasibətilə tədbirlər təşkil edilib.

Tovuz rayonunun Qovlar şəhərində yerləşən  şəhid Orxan Cabbarov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında, Şəki rayonunun Böyük Dəhnə kəndində, Quba şəhər 2 nömrəli tam orta məktəbdə, habelə Cənub Regional Mərkəzində müvafiq hüquqi-maarifləndirmə tədbirləri keçirilib.

Keçirilən tədbirlərdə sözügedən təhsil müəssisələrinin şagirdləri, Masallı ASAN Xidmət Mərkəzinin könüllüləri, yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Tədbirlər zamanı iştirakçılara Azərbaycan Konstitusiyasının yaranma tarixindən, ölkəmizdə bu istiqamətdə atılmış genişmiqyaslı demokratik, hüquqi islahatlardan, habelə Ombudsmanın insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində gördüyü çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

 Həmçinin Ombudsmanın müvafiq sahədə dövlət qurumları, beynəlxalq təşkilatlar və yerli QHT-lər ilə əməkdaşlığa mühüm yer verildiyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.