Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları " mövzusunda təlim keçirilib

11-11-2022 11202 dəfə oxunub
"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları " mövzusunda təlim keçirilib

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilib.Təlimdə həmkarlar ittifaqı komitə sədrləri,gender problemləri üzrə komissiya sədrləri və üzvləri iştirak ediblər.

N.Ağayeva uşaq hüquqlarının müdafiəsi, erkən nikahla bağlı mövcud beynəlxalq normalar,milli qanunvericilik aktları, dövlət proqramları barədə təlim iştirakçılarına məlumat verib. Bununla yanaşı, Ombudsman tərəfindən bu sahədə görülmüş işlər, erkən nikah halları ilə bağlı mövcud problemlər və onların aradan qaldırılması istiqamətində irəli sürülmüş təkliflər iştirakçıların diqqətinə çatdırılıb.