Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri regionlarda şəhidlərin dəfn və hüzr mərasimlərində iştirak ediblər

17-09-2022 337 dəfə oxunub
Ombudsmanın nümayəndələri regionlarda şəhidlərin dəfn və hüzr mərasimlərində iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın regional mərkəzlərinin əməkdaşları Ermənistanın törətdiyi son genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın dəfn və hüzr mərasimlərinə qatılıblar.

Ombudsmanın Cənub Regional Mərkəzinin əməkdaşları Cəlilabad rayonunda gizir Səid Həsənovun, əsgər Rəşad Qasımovun və əsgər İsa Kəlbiyevin dəfn mərasimində iştirak ediblər. Mərkəzin əməkdaşları həmçinin Biləsuvar rayonunda kiçik gizir Ziyarət Hüseynovun, Astara rayonunda Cəmil Qurbanzadənin, Lənkəran rayonunda Xəyal Əhədzadənin və Lerik rayonunda Şəmistan Sadıqovun hüzr mərasimində olublar. 

Ombudsmanın Şimal Regional Mərkəzinin əməkdaşları Quba rayonunda şəhid Ümid Həsənovun, Şabran rayonunda şəhid Murad Rəsulovun dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları Şəki şəhərində şəhid Fərid Lətifovun dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Qərb Regional Mərkəzinin nümayəndələri isə şəhid olmuş hərbi qulluqçumuz Nihat Verdiyevin Gəncə Şəhidlər xiyabanında keçirilmiş dəfn mərasimində iştirak ediblər. Həmçinin Ağstafa rayonunda şəhid gizir Seyfəddin Muradovun dəfn mərasimində iştirak olunub. Bununla yanaşı, Qazax rayonunda şəhid baş leytenant Yunis Kazımovun və şəhid baş gizir Azər Məmmədovun ailələri ziyarət edilib, ailələrin qayğıları öyrənilib. 

Ombudsmanın nümayəndələri iştirak etdikləri mərasimlərdə qəhrəman şəhidlərimizin valideynlərinə Ombudsman Səbinə Əliyevanın adından dərin hüznlə başsağlığı verərək, dərdlərinə şərik olduqlarını bildiriblər.