Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Türkiyədə müalicə alan qazilərimizə baş çəkib

09-09-2022 313 dəfə oxunub
Ombudsman Türkiyədə müalicə alan qazilərimizə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində müalicə alan Vətən müharibəsi iştirakçılarına baş çəkib.

S.Əliyeva Vətən müharibəsində Zəfər qazanılmasında döyüşlər zamanı şücaət göstərərək şəhid olmuş və ya müxtəlif xəsarətlər almış hərbi qulluqçularımızın əvəzolunmaz rolu olduğunu bildirib. 

Görüş zamanı Ombudsman qazilərin sağlamlıq vəziyyəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə şəfa taparaq ölkəmizə qayıtmalarını arzulayıb.