Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “İnformasiya əldə etmək hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib

01-09-2022 259 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “İnformasiya əldə etmək hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində gənc könüllülərin iştirakı ilə “İnformasiya əldə etmək hüququ” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, hər bir fərdin ictimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan hadisə və faktlar barədə informasiya əldə etmək hüququ vardır və bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir. O, həmçinin Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə Aparatın strukturunda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin yaradıldığını bildirib. Eyni zamanda, Ombudsman Aparatı tərəfindən bu mövzuda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyi diqqətə çatdırılıb.

S.Abbasov çıxışında "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun müddəaları barədə ətraflı məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.

Sonda tədbir iştirakçılarına Ombudsman Aparatının informasiya əldə etmək hüququ haqqında maarifləndirici bukletləri paylanılıb.