Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anım tədbirində iştirak ediblər

15-07-2022 82 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anım tədbirində iştirak ediblər

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Bərdə şəhərində Şəhidlər Xiyabanında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ad gününə həsr edilmiş anım tədbirində iştirak ediblər. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə savaşan Xudayar Yusifzadə həmin ilin oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində qəhrəmancasına şəhid olub.

Anım mərasimində çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov şəhidin ailə üzvlərinə başsağlığı verərək, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulmuş xidməti tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, cəsarəti, vətənpərvərliyi və həzin səsi ilə qəlblərə yol tapan Xudayar Yusifzadənin əziz xatirəsinə hörmət və ehtiramını ifadə etmişdir.