Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının bir qrup əməkdaşı İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

14-07-2022 65 dəfə oxunub
Ombudsman Aparatının bir qrup əməkdaşı İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq yeni ərazilər işğal etmək məqsədilə törətdiyi təxribatların qarşısının alarkən şəhid olmuş qəhrəmanlarımızın bu müqəddəs zirvəyə ucaldıqları Tovuz döyüşlərinin 2 ili tamam olur.

Ombudsman Aparatının bir qrup əməkdaşı İkinci Şəhidlər xiyabanına gələrək Tovuz döyüşlərində şəhid olmuş, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla yad ediblər.

Mərasimdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirələri hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və fəxarət hissi ilə anılacaq.