Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncə şəhərində həssas əhali qruplarından olan vətəndaşlara ödənişsiz hüquqi yardım kampaniyası keçirilib

08-07-2022 338 dəfə oxunub
Gəncə şəhərində həssas əhali qruplarından olan vətəndaşlara ödənişsiz hüquqi yardım kampaniyası keçirilib

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı və Vəkillər Kollegiyası ilə birgə hər il 18 iyun tarixində qeyd olunan Azərbaycanda İnsan Hüquqları günü münasibətilə 27 iyun - 29 iyul tarixlərində həyata keçirilən ödənişsiz hüquqi yardım kampaniyası davam edir.

Bu qəbildən olan növbəti kampaniya Gəncə şəhərində Ombudsmanın Qərb Regional Mərkəzinin ofisində baş tutub. Mülki, sosial, iqtisadi, inzibati və ailə hüquqi məsələləri, o cümlədən məişət zorakılığı ilə bağlı işlər və digər sahələri əhatə edən kampaniya çərçivəsində həssas əhali qruplarından olan çoxsaylı vətəndaşlara Vəkillər Kollegiyasının üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilib. Kampaniyadan yararlanan vətəndaşlar tərəfindən təşkilatçı qurumlara hüquqlarının müdafiəsinə verilən dəstəyə görə təşəkkürlər bildirilib.