Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirində çıxış edib

25-06-2022 197 dəfə oxunub
Ombudsmanın nümayəndəsi narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirində çıxış edib

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin təşkilatçılığı ilə 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatının, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin, habelə gənclərin qatıldığı tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov da iştirak edib. 

O, çıxış zamanı hər kəsin fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran və bəşəriyyətin ümumi bəlası olan narkomaniyanın əhatə dairəsinin son dövrlər ölkəmizdə daha da genişlənməsinin narahatlıq doğurduğunu bildirib. Bu baxımdan cəmiyyətin hər bir üzvünün, xüsusilə də gələcəyimiz olan uşaq və gənclərin narkotik vasitələr və psixotrop maddələrdən asılılığının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Daha sonra Ombudsman təsisatı tərəfindən ölkəmizin regionları da əhatə olunmaqla həyata keçirilən maarifləndirmə fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

Tədbirin yekununda narkomanlığa qarşı mübarizə və gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsində nümayiş etdirdiyi fəallığa görə bir qrup gəncə təşəkkürnamələr təqdim olunub.