Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

12-06-2022 260 dəfə oxunub
Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı şəhər Pirallahı rayon N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda maarifləndirmə tədbiri  keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, məktəb rəhbərliyi iştirak edib.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə çıxış edərək, uşaqların Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər, o cümlədən Ombudsmanın uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə iştirakçılara məlumat verib.