Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən hüquqi maarifləndirmə tədbiri keçirilib

07-06-2022 216 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən hüquqi maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində Naftalan şəhərində “İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə müxtəlif idarə və müəssisələrin, vətəndaş cəmiyyəti təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında insan hüquqları sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, habelə Ombudsman təsisatının bu sahədə fəaliyyəti barədə məlumat verib.

Tədbir müzakirə şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.