Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

02-06-2022 236 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra tədbirlər təşkil edib.

Bu münasibətlə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəncə Uşaq Evində tədbir keçirilib. Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov insan hüquqlarının yaranması tarixi, bu sahədə mövcud olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bununla yanaşı, uşaqlara qarşı zorakılıqla mübarizədə uşaq hüquqlarının təbliğinin əhəmiyyəti, bu sahədə Ombudsman Aparatı tərəfindən həyata keçirilən geniş fəaliyyət haqqında söhbət açılıb.

Ombudsmanın Gəncə Regional Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Samux rayonu Sərkar kənd orta məktəbində “Erkən nikahların qarşısının alınması və zərərli vərdişlərlə mübarizə” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəbin şagirdləri, mətbuat nümayəndələri də iştirak ediblər.