Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının iclasında çıxış edib

30-03-2022 208 dəfə oxunub
Ombudsman Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının iclasında çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın da iştirak etdiyi İƏT Ombudsmanlar Assosiasiyasının Mərakeşdə keçirilən iclasının ikinci günündə İdarə Heyəti üzvləri fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

İlk olaraq Azərbaycan Ombudsmanı çıxış edərək, təsisatın çoxşaxəli fəaliyyəti, son 2 il ərzində həyata keçirilən yeniliklər haqqında məlumat verib. Bu il Azərbaycanda Ombudsman təsisatının fəaliyyətə başlamasının 20 illiyi olduğunu diqqətə çatdıran Səbinə Əliyeva müstəqil monitorinq mexanizmi olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən işlər barədə danışıb.

Bundan başqa, Ombudsman müxtəlif dövlət qurumları ilə əməkdaşlığı, qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlər və irəli sürülən təkliflər haqqında ətraflı məlumat verib. Ombudsman sonuncu illik məruzədə müxtəlif əhali qruplarının hüquqlarının təmini məqsədilə 70-dən artıq təklif verildiyini qeyd edib.

Ombudsman çıxışı zamanı Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntuları ilə bağlı çoxsaylı hesabatlar hazırlandığını, çağırışlar edildiyini bildirib. Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş soydaşlarımızın taleyi haqqında Ermənistanın heç bir məlumat verməməsi faktının da mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Daha sonra Pakistan, Mərakeş, Türkiyə ombudsmanları fəaliyyətlərinə dair məlumatları təqdim ediblər.

İclasdan sonra Mərakeş Krallığının Ombudsman təsisatı ilə tanışlıq baş tutub. Azərbaycan və Mərakeş ombudsmanları arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.