Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncə şəhərində zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan qızın vəziyyəti Ombudsman tərəfindən nəzarətdə saxlanılır

30-03-2022 307 dəfə oxunub
Gəncə şəhərində zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan qızın vəziyyəti Ombudsman tərəfindən nəzarətdə saxlanılır

Məlumat verildiyi kimi, Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.

Eyni zamanda, Ombudsmana müraciəti əsasında azyaşlı və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.

Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və azyaşlı ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməkliyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.