Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Suraxanı rayonunda yaşayan azyaşlı qızın evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb

30-03-2022 254 dəfə oxunub
Suraxanı rayonunda yaşayan azyaşlı qızın evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb

Bakı şəhərinin Suraxanı rayonunda yaşayan və Gəncə şəhərində evliliyə cəlb olunmuş azyaşlı qızın hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb. 

Məsələ ilə bağlı müvafiq qurumlarla, həmçinin uşağın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib.

Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub.