Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları tərəfindən Polis Akademiyasında dinləyicilər üçün mühazirə oxunub

20-04-2022 268 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları tərəfindən Polis Akademiyasında dinləyicilər üçün mühazirə oxunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında insan hüquqlarının təbliği istiqamətində səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində Polis Akademiyasında dinləyicilər üçün insan hüquqlarının müxtəlif aspektlərinə dair mövzularda, o cümlədən “Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda mühazirələr oxunur, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi təşkil edilir.  

Daxili İşlər Nazirliyinin rayon-şəhər polis idarə və şöbələrinin rəhbər heyətinə ünvanlanan növbəti mühazirə “Korrupsiyaya qarşı mübarizə və bu sahədə milli və beynəlxalq qanunvericilik aktlarının tələbləri” mövzusunda olub və  Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə və İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Heydərov tərəfindən oxunub. 

Mühazirə iştirakçıları ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, Ombudsmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barədə təqdimatlar əsasında ətraflı məlumalandırılıb.

Mühazirədə ölkə Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barədə məlumat verilib. Qeyd edilib ki, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə  qəbul edilmiş Milli Fəaliyyət Planının icrası istiqamətində  digər qurumlarla yanaşı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı da fəaliyyət göstərməkdədir.  

Mühazirə mövzusuna uyğun olaraq Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən və planlaşdırılan fəaliyyət barədə məlumat verilib, dinləyiciləri maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb. 

Tədbir interaktiv müzakirə şəraitində davam etdirilib.