Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri əlilliyi olan şəxslərin hüquqları ilə bağlı dəyirmi masada çıxış edib

19-04-2022 319 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri əlilliyi olan şəxslərin hüquqları ilə bağlı dəyirmi masada çıxış edib

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Əlilliyi olan uşaqların rifahı üçün sosial xidmətlərin rolu” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edib. 

Gəncə Şəhər İcra Hakimiyyəti, dövlət qurumları, QHT və KİV nümayəndələrinin  iştirakı ilə  keçirilən tədbirdə   əlilliyi olan şəxslərin hüquqlarının təmininin Ombudsman tərəfindən daim diqqət mərkəzində saxlanıldığı və S.Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatının strukturunda yeni sektor yaradıldığı bildirilib.

Diqqətə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarının araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Çıxışda Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına  müraciətlər edildiyi bildirilib.

Dəyirmi masada digər dövlət qurumlarının nümayəndələri və QHT təmsilçiləri də çıxış ediblər. Tədbirdə əlilliyi olan şəxslərin üzləşdikləri problemlər geniş müzakirə olunub.