Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və Aparatın əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər

16-04-2022 225 dəfə oxunub
Ombudsman və Aparatın əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası aprelin 16-da Xocasən qəsəbəsində keçirilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Aparat rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.