Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qəbul və ziyarətlər keçirərək, şəhid ailələrinin qayğılarını öyrənməkdə davam edir.
Növbəti görüş şəhid Emin Ağazadənin ailəsi ilə keçirilib. Novruz bayramı ərəfəsində ailəni ziyarət edən Ombudsman Allahdan şəhidə rəhmət diləyib. Görüşdə Ombudsman ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Vətən müharibəsində könüllü kimi iştirak edərək Laçın rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olmuş Emin Ağazadə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.