Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları hərbi qulluqçu Cavidan Məmmədlinin dəfn mərasimində iştirak ediblər

18-01-2022 287 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları hərbi qulluqçu Cavidan Məmmədlinin dəfn mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Azərbaycan Ordusunun həlak olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun Şəki şəhərində keçirilmiş dəfn mərasimində iştirak ediblər.

Şəki Regional Mərkəzinin əməkdaşları Cavidan Məmmədlinin ailə üzvlərinə Ombudsman Səbinə Əliyevanın adından başsağlığı veriblər.