Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın şəhid ailələri və qazilərin vəziyyətinin və qayğılarının öyrənilməsi məqsədilə onların ailələrinə başçəkmələri davam edir.
Ombudsman Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Surxay Noçuyevin ailəsini ziyarət edib, onların vəziyyəti ilə maraqlanıb.
İkinci Qarabağ Müharibəsi başlayan gün qız övladı dünyaya gələn kapitan S.Noçuyev müharibənin 44-cü günü şəhid olub. Zəngilan rayonu 1 saylı orta məktəbə şəhidin adı verilərək əbədiləşdirilib.
Görüş zamanı şəhidin ailə üzvləri onlara dövlət tərəfindən göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.